Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü, İDEA İctimai Birliyi və "Azərsun Holdinq" MMC-nin dəstəyi ilə muzeyin "Açıq qapı" günü çərçivəsində "Ailə günü" adlı tədbir keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, "Ailə günü" tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası mədəniyyət və incəsənətimizi tanıtmaqdır.
Tədbirin proqramında müxtəlif yaş həddləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığı, dekotativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olacaqlar. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayacaqlar.
Məlumat üçün bildirək ki, "Ailə günü" adlı tədbirdə "Hemofiliya və talassemiya" pasientləri tam olaraq ödənişsiz iştirak edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB