Nazir BMT-nin baş katibinin müavini ilə görüşüb

Nazir BMT-nin baş katibinin müavini ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə BMT-nin baş katibinin müavini Yan Eliasson arasında görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın vəziyyətinə dair fikir mübadiləsi aparılıb.

Cənab Eliasson Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə may ayında İstanbul Sammitində görüşünü xatırladaraq ölkəmizin BMT üçün əhəmiyyətini qeyd edib.

Görüşdə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu yüksək səviyyədə keçiriliməsi və Azərbaycan Respublikasının dünyada multikulturalizm və mədəni müxtəliflik baxımından nümunəvi ölkə olaraq, bir model kimi BMT-da əhəmiyyətli rol oynaması qeyd olunub.

Cənab Eliasson Azərbaycana sentyabrda keçiriləcək tədbirdə ölkə rəhbərliyi səviyyəsində iştiraka dəvət etmiş və Azərbaycanın mədəniyyətlərarası dialoq təcrübəsini BMT üzv ölkələri ilə bölüşməyi təklif edib.

Nazir BMT institutları olan UNESCO, UNİCEF, UNWTO, UNAOC ilə əməkdaşlığın və keçirilmiş görüşlərin əhəmiyyəti barədə məlumat verib.

Həmçinin görüş zamanı gənclərin və mədəniyyətin qlobal təhlükəsizlik məsələlərində əhəmiyyəti xüsusi vurğulanıb.

Yekunda nazir Əbülfəs Qarayev cənab Eliassona Bakı Prosessi və 2017-ci ildə keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verərək, onu həmin tədbirdə iştiraka dəvətə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə