“Muzeylər və Multikulturalizm”

Lənkəran Tarix-Diyarşünaslıq muzeyində "Muzeylər və Multikulturalizm" başlığı altında tədbir təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə muzeyin baş mühafizi Xalid Məmmədov açaraq, muzeyə gələn qonaqlara, ayrı-ayrı təşkilat nümayəndələrinə, məktəblilərə, muzey ekspozisiyası haqqında məlumat verib. Sonra muzeyin elmi işçisi İlham Quliyev "Muzeylər və Multikultiralizm" ilə bağlı mühazirə oxuyub.

Tədbirin bədii hissəsində şəhər məktəblilərinin ifasında şeir-kompozisiya, vətənpərvər mahnılar səslənib.

Məktəblilər üçün muzey həftəsi günlərində şəhər məktəblərinin ,Səpnəkəran kənd, Gərmətük kənd, Türkəkəran kənd, Bəliton kənd, Kosalar kənd, Şovu kənd məktəblərinin müəllim və şagird kollektivi muzeyi ziyarət edib və əməkdaşlar tərəfindən ətraflı məlumatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə