Litva Respublikasının paytaxtı Vilnüs şəhərində Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Avropa üzrə Regional Komissiyasının iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə BMÜTT-nin əməkdaşları, Avropa ölkələrinin turizm nazirliklərinin və administrasiyalarının nümayəndələri, habelə "Aviareps", "Amadeus" və "Airbnb" şirkətlərinin təmsilçiləri iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyini bu tədbirdə Turizm şöbəsinin müdir müavini Rauf Paşayev təmsil edib.
İclas zamanı BMÜTT-nin Fəaliyyət Proqramının İcrası və BMÜTT-nin müxtəlif komitələri tərəfindən görülmüş işlərlə bağlı hesabatlar, habelə təşkilatın Baş Katibi cənab Taleb Rifainin məruzəsi dinlənilib.
Bununla yanaşı, iclas zamanı "2017-ci il İnkişaf naminə Beynəlxalq Davamlı Turizm İli"nin qeyd olunması və turizmdə təhlükəsizlik aspektləri ilə əlaqədar geniş müzakirələr aparılıb.
Qeyd ki, BMÜTT-nin Avropa üzrə Komissiyasının növbəti iclası Moldova Respublikasının paytaxtı Kişineu şəhərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB