Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2016-cı il tarixli Sərəncamına müvafiq olaraq, Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 89-cu sessiyası çərçivəsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya dair Azərbaycan Respublikası Hökumətinin yeddinci, səkkizinci və doqquzuncu dövri məruzələrinə baxılması ilə əlaqədar ölkəmizi təmsil edəcək nümayəndə heyətinin tərkibinə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva daxil edilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, sessiya mayın 3-də öz işinə başlayıb.
Komitə sədrinin açılış nitqindən sonra çıxış edən nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə irqi və milli ayrı-seçkiliyin qarşısının alınması məqsədilə aparılan fəaliyyət barədə danışıb.
Daha sonra Komitənin dövri məruzə üzrə müəyyən edilmiş hesabatçısı Amir Nureddin tərəfindən milli məruzəmizin ilkin qiymətləndirilməsi ilə bağlı çıxış edib.
Qeyd edək ki, sessiyada Komitə üzvləri Azərbaycan nümayəndə heyətinə müvafiq suallar veriblər. Təqdim edilən suallar iclasın növbəti günlərində mərhələli şəkildə cavablandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB