Tahir Eynullayevin benefisi-musiqi rəqs tamaşası keçirilib FOTOLAR

Tahir Eynullayevin benefisi-musiqi rəqs tamaşası keçirilib FOTOLAR

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Tahir Eynullayevin benefisi-musiqi rəqs tamaşası keçirilib. SİA-nın verdiyi xəbərə görə, konsertin ssenari müəllifi Sankt-Peterburqun "LenFilm" kinostudiyasının ssenaristi Marina Aleksandrina, rejissoru Leyla Zülfüqarova, baş baletmeysteri Şəhriyar Cəfərov, musiqi redaktoru Günel Eynullayeva, prodüseri Nərminə Cəfərovadır. Rəqslərə xalq artisti Xumar Zülfüqarova, əməkdar artist Tamilla Məmmədova, Yana Maybax, Sima Feyzullayeva, Ali Aşari, Əziz Əzizov və Natella Həsənova quruluş verib.

Tamaşaya populyar müzikllərdən parçalar və dünya xalqlarının mahnı və rəqsləri daxil edilib.

Konsertdə qonaq qismində istedadlı gənc ifaçılar İlhamə Qasımova, Xəyalə Manaflı, Təranə Mahmudova, Jalə Kərimova, Səbinə İsmayılova, Əminə Dilbazi adına "Çinar" rəqs ansamblı, "Atəşgah" rəqs qrupu iştirak edib.

Qeyd edək ki, konsert proqramının bu yaxınlarda Gürcüstanda da təqdim olunması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə