Festivalın qalibləri açıqlandı FOTOLAR

Bu il 12-ci dəfə keçirilən İstanbul Film Festivalının qalibləri mükafatlandırılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, festivalda iştirak edən 11 film arasından rejissor Ahu Öztürkün çəkdiyi "Toz Bezi" filmi "Ən yaxşı film", "Ən yaxşı ssenari", "Ən yaxşı aktrisa" nominasiyaları üzrə "Qızıl Lalə" mükafatına layiq görülüb. O, mükafatı anasına ithaf etdiyini bildirib.

Mustafa Karanın rejissorluğunu etdiyi "Kalandar soyuğu" ekran əsəri "Ən yaxşı rejissor", "Ən yaxşı aktyor", "Ən yaxşı görüntü rejissoru", "Ən yaxşı quruluş" mükafatlarını əldə edib. O, çıxışında mükafatı filmin çəkilişləri zamanı dünyasını dəyişən atasına və ekran işində rol alan anasına həsr etdiyini deyib.

Rejissor Emre Konukun "Çıraq" filmi "Seyfi Teoman adına ən yaxşı ilk film" nominasiyası üzrə mükafat alıb.

Festivalın münsiflər heyətinin xüsusi mükafatına isə "Rauf" filmi ilə Barış Kaya və Soner Caner layiq görülüblər.

Qeyd edək ki, İstanbul Film Festivalı çərçivəsində 62 ölkədən qatılan 223 rejissorun 221 ekran işi nümayiş olunub. Festival 17 apreldə bitəcək.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə