Həmvətənlərimiz Türkiyədə konsert verib FOTOLAR

Həmvətənlərimiz Türkiyədə konsert verib FOTOLAR

TÜRKSOY-un təşkilatçılığı ilə Ankarada və İstanbulda türkdilli ölkələrin musiqiçilərinin ifasında Novruz bayramına həsr olunan geniş konsert proqramı təşkil edilib.

SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikası Mədəniyyət və Turzim Nazirliyinin xətti ilə keçirilən bayram konsertində ölkəmizi "Cəngi" estrada folklor ansamblı və aşıq Əli Tapdıqoğlu təmsil edib. Musiqiçilərin çıxışı zamanı onları tarda Mircavid Cəfərov və kamançada Şəhriyar Musayev müşayiət edib. Konsertdə Azərbaycanla yanaşı, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Qaqauziya, Bosniya-Hersoqovina, Monqolustan, Makedoniya, Türkmənistandan olan musiqiçilərin çıxışları olub.

Mərasimdə Türkiyənin dövlət və hökumət nümayəndələri, paytaxt ictimaiyyətinin görkəmli simaları, diplomatlar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Geniş konsert proqramından sonra TÜRKSOY rəhbərliyi ilə musiqiçilərin görüşü təşkil olunub.

Ansamblın bədii rəhbəri Mircavad Cəfərov və aşıq Əli beynəlxalq təşkilatın təşəbbüsü ilə hər il bayram konsertlərinə qatıldıqlarını diqqətə çatdırıblar.

Qeyd edək ki, türkdilli dövlətlərin təmsilçilərini daha sonra Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan qəbul edib. Səmimi keçən görüşün ardınca təmsilçilərin növbəti dayanacağının Nyu-York və Vaşinqton olacağı bəlli olub.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə