Azərbaycan Milli İncəsənət Muzeyində "Barokko dövrünün musiqisi" adlı konsert keçirilib. SİA-nın verdiyi xəbərə görə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Leyla Məmmədəliyevanın rəhbərliyi ilə təşkil olunan konsert Milli İncəsənət Muzeyinin 80 illik yubileyi və 8 mart - Beynəlxalq Qadınlar gününə həsr olunub. Konsertdə xalq artisti Zəhra Quliyeva (skripka), Fərhad Məmmədov (truba), İlham Nəzərov (vokal), Nərminə İsmayılova (fortepiano), Dilarə Kərimova (fortepiano) və digər solistlərin ifasında D.Kaççaini, S.Klark, İ.S.Bax, D.Skarlatti, A.Vivaldi, M.Maqomayev, F.Bədəlbəyli və digər dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Qeyd edək ki, konsert Milli İncəsənət Muzeyi və Bakı Musiqi Akademiyasının birgə layihəsi çərçivəsində həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB