Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindədəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda tanınmış azərbaycanlı, Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü olmuş, tanınmış rəssam, kino-teatr xadimi Yusif Hüseynovun yaşadığı binanın qarşısında onun barelyefinin açılışı olub. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, barelyefin açılışını edən Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dövləti tərəfindən öz soydaşlarının irsinin öyrənilməsi, təbliğ edilməsi məsələsinin prioritet məsələ kimi qəbul edildiyini vurğulayıb. O, Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü, rəssam Yusif Hüseynovun yaradıcılığının iki xalq arasında dostluq əlaqələrinin inkişafına xidmət etdiyini və rəssamın əsərlərinin daim aktual olduğunu qeyd edib. Samir Abbasov rəssam Yusif Hüseynovun yaradıcılığı haqqında danışaraq, onun Vətəninə bağlı insan olduğunu, Xocalı hadisələrindən təəsirlənərək "Материнство: Analıq" adlı rəsm əsəri yaradaraq bu hadisələrin dəhşətlərini öz əsərində əks etdirdiyini söyləyib.
Tədbirdə çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü, professor Gülbahar Aşurova, sənətşünas Elmira Əhmədova, Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin icraçı direktoru Firdovsi Hüseynov rəssamın yaratdığı çoxsaylı əsərlərin bugün də Özbəkistanda sevildiyini və yüksək qiymətləndirildiyini qeyd ediblər. Azərbaycanlıların Özbəkistanın mədəniyyətinə, incəsənətinə böyük töhvələr verdiklərini, öz yaradıcılıqları ilə iki xalq arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə daim çalışdıqlarını söyləyən natiqlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndiriblər.
Yusif Hüseynovun oğlu rəssam Zaur Mansurov ailəsi adından atasının xatirəsinin əbədiləşdirilməsi, onun yaşadığı binada xatirə löhvəsinin vurulmasına görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. O, Yusif Hüseynovun rəssamlıqla yanaşı, Özbəkistanda kino və teatr sahəsində də fəaliyyəti barədə danışaraq, bu cür layihələrin həyata keçirilməsinin gələcək nəsillər üçün də faydalı olacağını vurğulayıb.
Açılış mərasimində Azərbaycanın Özbəkistandakı Səfirliyi, Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan diaspora fəalları, rəssamın sənət dostları, ailə üzvləri, tanınmış rəssamlar iştirak ediblər.
Qeyd edək ki, tanınmış rəssamın barelyefi onun 70 illik yubileyi münasibəti ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə ilə hazırlanıb. Barelyefin müəllifi Özbəkistanın tanınmış heykəltaraşı, professor Marina Borodinovadır.




.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB