Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı fevral ayının son günlərində təqdim edəcəyi maraqlı tamaşaları ilə izləyicilərinin həftəsonu istirahətinə rəng qatacaq. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, teatrda M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah", Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş S.Elsevərin "Arzu və Murad", S.S.Axundov və A.Şaiqin "Qaraca qız", H.Cavidin "Şeyx Sənan", P.Nurəliyevanın "Danışan gəlincik", P.Filipponun "İtalyansayağı xoşbəxtlik" tamaşaları nümayiş etdiriləcək.
Qeyd edək ki, biletləri şəhərimizin mərkəzləşdirilmiş kassalarından və "Asan xidmət" mərkəzlərindən əldə edə bilərsiniz.








.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB