Martın 2-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Nazim Məmmədbəyovun fərdi rəsm sərgisi açılacaq. Rəssamlar İttifaqından SİA-ya verilən xəbərə görə, sərgidə fırça ustasının qrafika janrında çəkilmiş 50-dək əsəri nümayiş olunacaq. Təqdim olunan sənət əsərlərinin əsas mövzusunu təbiət mənzərələri, vətənpərvərlik, xeyirxahlıq təşkil edir.
Qeyd edək ki, sərgi bir həftə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB