"Bakı Simaları" adlı foto-müsabiqə elan olunur

"Bakı Simaları" adlı foto-müsabiqə elan olunur

Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli, 1334 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 25 – 27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, sözügedən forumun keçirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi Bakının mədəni müxtəliflik və tolerantlıq məkanı olmasını əks etdirən foto sərgi təşkil etməyi planlaşdırır. Sərgidə Bakıda yaşayan və şəhərin qonaqları olan müxtəlif millətlərin nümayəndələrinin fotoportretlərin və onlar haqqında qısa məlumatın təqdim olunması nəzərdə tutulur. Məlumatda fotoportret qəhrəmanlarının Bakıya gəlmə tarixçələri, hazırda nə işlə məşğul olduqları və bu şəhər haqqında təəssüratları əks olunmalıdır.

Tədbirlə əlaqədar açıq müsabiqə elan olunur və ustad peşəkarlar ilə yanaşı, gənc və həvəskar fotoqraflar iştirak etməyə dəvət olunur.
İştirakçılardan fotolar ilə bərabər əlaqə vasitələri (telefon, e-mail) və özləri haqqında qısa məlumatı [email protected] ünvanına göndərilməli xahiş olunur.

Sərgi üçün seçilmiş əsərlər böyük formatda (təxminən 1.80m x 1.40m ölçülərində) çap olunaraq Bakının möhtəşəm ictimai məkanlarından birində 3000 əcnəbi qonaq qarşısında nümayiş olunacaq. Sərgilənən hər bir fotoşəklin müəllifinə 100 AZN ödəniləcək.
Yekunda Forumun qonaqları arasında aparılan səsvermə nəticəsində müsabiqənin üç qalibi müəyyən olunaraq mükafat və qiymətli hədiyyə ilə təltif ediləcəklər.

Qeyd edək ki, ərizə qəbulu aprelin 1- yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə