Rəşid Behbudovun 100 illiyi qeyd olunub

Rəşid Behbudovun 100 illiyi qeyd olunub

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan R.Behbudov adına 2 №11 illik Musiqi Məktəbinin kollektivi görkəmli müğənni, SSRİ və Azərbaycan Respublikasının xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert keçirib. SİA-nın verdiyi xəbərə görə, konsert xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi altında Dövlət Simfonik orkestrının müşayəti ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında olub.

Tədbirdə iştirak edən Xalq artistinin qızı Rəşidə Behbudova tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Konsertdə F.Əmirovun,T.Quliyevin, T.Bakıxanovun, V.A. Motsartın, İ. Vivaldinin, İ.S.Baxın, F.Mendelsonun və digər bəstəkarların əsərləri səsləndirilib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Prezidenti Yaninda Gənclər Fondunun sədri Fərhad Hacıyev, Səbail İcra Hakimiyyətinin müavini X.Bayramova, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Rusiya Səfirliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə