Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Aida" operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yanvarın 30-da baş tutacaq səhnə əsərinin dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur. Tamaşada rolları xalq artisti Əli Əsgərov, əməkdar artistlər Səbinə Vahabzadə, Əkrəm Poladov, Gülnaz İsmayılova, həmçinin, Ukraynanın əməkdar artistləri Viktoriya Çenskaya və Dmitri Qrişin, Belaruslu vokalçı, xalq artisti Sergey Frankovski də ifa edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB