“Xəcalət” tamaşası nümayiş olunacaq FOTOLAR

“Xəcalət” tamaşası nümayiş olunacaq FOTOLAR

Qusar Dövlət Ləzgi Dram Teatrında 20 Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş yazıçı – dramaturq Hüseynbala Mirələmovun "Xəcalət" əsərinin nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, Qarabağdan didərgin düşmüş ailələrin qarşılaşdıqları çətinliklərdən bəhs edən əsərdə sadə insanların öz ata- baba torpaqlarına bağlılığından, əsil vətənpərvərlikdən söhbət açılır. Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı İlham Burziyev, musiqi tərtibatçısı Şaiq Qardaşovdur. Əsas rollarda teatrın aktyorları Hörmət Aslanov, Lalə Qurbanova, Kəmalə Qasımova, Yalçın Qaraxanov, Fizuli Orucov, Şükufə Mirzəğayeva və başqaları çıxış edirlər.

Qeyd edək ki, tamaşa bu gündən etibarən nümayiş etdiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə