Dövlət Uşaq Filarmoniyasının "Sədəf" xalq çalğı alətləri ansamblı dekabrın 15-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində geniş konsert proqramı ilə çıxış edəcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, konsertdə müxtəlif yaşlı solistlər iştirak edəcək. Repertuara muğam, təsnif, xalq və bəstəkar mahnıları daxildir.
Qeyd edək ki, "Sədəf" xalq çalğı alətləri ansamblı filarmoniya yarandığı ildən fəaliyyət göstərir. Ansamblda uşaqlar xalq musiqisinə daha yaxından yiyələnmək imkanına malikdirlər. Belə ki, muğamın incəliklərini, xalq və bəstəkar mahnılarının ifası və müşayiətini öyrənirlər. Ansamblın solistləri dəfələrlə beynəlxalq müsabiqə və festivallarda uğurla Azərbaycan milli musiqisini təmsil ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB