İSESCO İcrayyə Şurasının Bakıda 36-cı sessiyası keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev İSESCO-nun Dağlıq Qarabağ problemində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini diqqətə çatdırıb: "2009-cu ildə Bakının və 2018-ci ildə Naxçıvanın İslam mədəniyyətinin paytaxtı seçilməsi bizim üçün qürurverici haldır. Azərbaycanda 2016-cı ilin aprelində BMT-nin sivilizasiyalar alyansının yeddinci Qlobal Formu keçiriləcək. Əminəm ki, İSESCO-ya üzv ölkələr bu forumda aktiv iştirak edəcəklər. 2017-ci ildə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək". "Sonda onu qeyd etmək istəyirəm ki, İslam dini ali bəşəri dindir. Biz müsəlman ölkələri islam dünyasının rifahı naminə əlimizdən gələni əsirgəməməliyik".
İSESCO İcraiyyə Şurasının sədri Boubakar Doukore sessiyada çıxışı zamanı bildirib: "Biz bu sessiyada 2018-ci ilə qədər olan tədbirlərimizi nəzərdən keçirəcəyik. Elm, təhsil, mədəniyyət məsələləri müzakirə ediləcək. Bütün bu məsələlərdə İSESCO həmrəyliyə nail olmağa çalışır. İslam mədəniyyətini qoruyub, saxlamaq bizim ən məsuliyyətli vəzifəmizdir".
Tədbirdə çıxış edən "İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri əhəmiyyətli fikirlər irəli sürüb: "Azərbaycan bütün sivilizasiyalara öz mesajını göndərib və bu da dünyada sülhün və əməkdaşlığın təşviq edilməsidir. İSESCO son onillik ərzində əhəmiyyətli işlər görüb. Təşkilatın növbəti illər üçün 3 illik planda əks olunub. Qarşıda duran işlərin həyata keçirilməsində İSESCO-ya üzv dövlətlərin fəal olmaları şərtdir". Əbdüləziz bin Osman əl-Tüveycri ölkələrində baş verən münaqişələrdən və çoxlu sayda insan itkilərindən də danışıb: "İslam dini haqqında yalnış məlumat yayan dairələrə qarşı mübarizə aparmalıyıq. Bəzi beynəlxalq təşkilatlarda bizim fəaliyyətimiz qənaətbəxş hesab edilə biıməz. Biz göstərməliyik ki, İslam dini sülh, mədəniyət, təhsil, savad dinidir. Biz çalışmalıyıq ki, dünyada İslamın mahiyyətini düzgün anlasınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB