Noyabrın 25-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda 2015-ci il üzrə Cəfər Cabbarlı mükafatının təqdimatı keçiriləcək. SİA-ya ədibin ev-muzeyindən verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım" İctimai Birliyinin layihəsi əsasında reallaşacaq.
Elm, incəsənət, mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə mükafatı sahiblərinə ədibin qızı, mükafat fondunun sədri Gülarə Cabbarlı təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB