Nizami Kino Mərkəzində "Bizim Kino Günləri- Audiovizual Məkanda Peşəkarlıq" adı altında filmlər nümayiş etdirilib. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə keçirəcəyi "Bizim Kino Günləri – Audiovizual Məkanda Peşəkarlıq" adlanan tədbir Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, yeni kinoda peşəkarlıq məsələlərinə həsr olunur.
Tədbirdə layihənin ideya müəllifi, "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov müasir Azərbaycan kino sənayesinin hazırkı mənzərəsi haqqında tədbir iştirakçılarına məlumat verib: "Kino incəsənətin ən çox baxılan və uğur qazanan sahəsidir. Kinolarda peşəkarlıq önəmlidir. Pəşakar insanalara qiymət verilməyəndə onlar incəsənətdən üz çevirirlər. Odur ki, "Peşəkarlara diqqət" devizini yaradaq. Bildiyiniz kimi Azərbaycan filmələri 52 beynəlxalq dövlətdə nümayiş olunub. Filmlərimiz nümayiş olunduqdan sonra bizə müraciətlərin sayı artıb. Hazırda Azərbaycanda müxtəlif janrlarda ssenarilər formalaşır. Buna görə də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bir çox gənclərimizi Türkiyədə kurlara göndərmişik. Hazırda "Qarabağ" və "Qərbi Azərbaycan" adlı layihələr üzərində çalışırq. Ümid edirik ki, bu layihələrimiz uğurla başa çatacaq".
Qeyd edək ki, tədbirin sonunda rejissor Asif Rüstəmovun "Axınla aşağı" bədii filminə baxış keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB