Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin doğum günüdür. SİA-nın məlumatına görə, Ə.Qarayev 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub.
1963-cü ildə 23 saylı orta məktəbə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb.
1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib. 1980-1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri, 1985-1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri vəzifələrində çalışıb.
1989-1992-ci illərdə - Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında təhsil alıb (1992-ci ilin yanvar ayında "1918-1930-cu illərdə - Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək "Fəlsəfə elmləri namizədi" elmi dərəcəsi alıb).
1992-ci ildə Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında, 1992-1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyətşünaslıq kafedrasında Baş müəllim olub. 1993-1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdir vəzifələrində çalışıb.
1994-2001-ci illərdə Gənclər və İdman Naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm Naziri olub. 2006-cı ildən Mədəniyyət və Turizm Naziridir.
Tələbəlik dövründə müxtəlif seçkili orqanlara seçilib, 1980-1991-ci illərdə Sov. İKP üzvü olub, Nərimanov rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.
Qeyd edək ki, ailəlidir, bir övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB