Mənsum İbrahimovun yubiley tamaşası olacaq

Mənsum İbrahimovun yubiley tamaşası olacaq

Noyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası keçiriləcək. SİA-nın məlumatına görə, tamaşa Teatrın solisti, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı, professor Mənsum İbrahimovun 55 illik yubileyinə həsr olunmuşdur. Səhnəmizin əvəzsiz Məcnunu artıq 22 ildir ki, bu tamaşada çıxış edir. Bu illər ərzində Azərbaycan muğam sənətinin bir çox istedadlı qadın ifaçıları – Xalq artistləri Səkinə İsmayılova, Qəndab Quliyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, Aygün Bayramova, Simarə İmanova onun tərəf müqabilləri olublar.

Yubiley tamaşasında M.İbrahimovun tərəf müqabili Nəzakət xanım Teymurova olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə