Nizami Kino Mərkəzində C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan "Sehrli xalat"ın ekranlara çıxmasının 50 illiyinə həsr olunmus Şimal-qərb bölgəsini əhatə edən "50 ilin sehri" sənədli filminin təqdimatı olub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə xalq artisti Nuriyyə Əhmədovanın xatirəsi yad edilib. Sənətkarla olan görüşündən kadralar nümayiş olunub.
Tural Məmmədovun ideya müəllifliyi əsasında rejissor Mayis Zeynalovun çəkdiyi "50 ilin sehri" sənədli filmində "Sehirli xalat"da çəkilən aktyorların xatirələri və filmdən fraqmentlər tamaşaçıları o dövrlərə qaytarıb.
Filmdən sonra, çıxış edənlər filmin rejissoru Əlisəttar Atakişiyevi, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç və Hüseynağa Sadıxov kimi sənətkarlarlar yad edilib.
Filmdə çəkilmiş aktyorların, Zərifə obrazını yaratmış S.Hətəmovanın, Y.Şeyxovun, A. Mustafayevanın, çəkilişlər haqqında xatirələr maraqla qarşılanıb.
Qeyd edək ki, təqdimat mərasimində mədəniyyət və turizm nazirliyinin əməkdaşları, sənət adamları iştirak edib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB