“Bölgələrdən paytaxta” layihəsi Xaçmaza həsr olunacaq

“Bölgələrdən paytaxta” layihəsi Xaçmaza həsr olunacaq

Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri ilə tanış edir. SİA-nın məlumatına görə, layihə çərçivəsində növbəti təqdimatın ünvanı Xaçmaz rayonudur.
Tədbir Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə oktyabrın 19-da saat 18:30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.
Xatırladaq ki, 2015-ci il ərzində "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı və Şəmkir rayonlarının Bakı şəhərində təqdimatları keçirilib. İlin sonunadək Zaqatala rayonuna və Gəncə şəhərinə həsr edilmiş tədbirlərin təşkili nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə