"Azərbaycanda arxeoloji turizm” adlı mədəni turizm marşrutu yaradılır

"Azərbaycanda arxeoloji turizm” adlı mədəni turizm marşrutu yaradılır

Ölkəmizdə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, regionlara turist axınının gücləndirilməsi və turizm sənayesinin bu sahəyə diqqətinin artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni turizm marşrutlarının yaradılması ilə bağlı müvafiq işlər həyata keçirilir. SİA-nın məlumatına görə, xalqımızın mədəni dəyərlərinin təbliği, onlardan turizm məqsədləri üçün daha səmərəli istifadə olunması, həmçinin regionlarda turizmin inkişafının təmin edilməsi ilə əlaqədar Nazirlik tərəfindən "Azərbaycanda arxeoloji turizm" adlı mədəni turizm marşrutunun yaradılması dəstəklənib.
Arxeoloji turizm növünün inkişaf etdirilməsi və təbliği, həmçinin bu turizm növünə yerli və xarici turistlərin cəlb edilməsi məqsədilə cari ilin 19-21 oktyabr tarixlərində Qəbələ - Şəki - Tovuz - Şəmkir - Ağsu istiqaməti üzrə Mədəniyyət və Turizm Nazirliyinin, turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə info-tur keçiriləcək.
Qeyd edək ki, marşrutun proqramı üzrə iştirakçılar müxtəlif dövrlərə aid olan arxeoloji abidələr, qədim yaşayış məskənləri və bölgələrimizin turizm potensialı ilə tanış olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə