Səfir ATMU-də olub

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru professor Cəfər Cəfərov Yunanıstan Respublikasının ölkəmizdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfiri cənab Dimitrios Tsoungası rəhbərlik etdiyi ali təhsil ocağında qəbul edib. SİA-nın məlumatına görə, yunanıstanlı diplomatla səmimi keçən görüş zamanı ATMU-nun rektoru qonağa bildirib ki, universitet fəaliyyət dövrünün 10 illiyini qeyd etmək ərəfəsindədir. Zaman baxımından böyük tarixə malik olmasaq da, cəmiyyətin inkişafında həlledici amil sayılan yüksək peşəkarlığa malik ixtisaslı kadr hazırlamaq vəzifəsini bizə etibar edən dövlətimiz qarşısında məsuliyyətimiz böyükdür. Azərbaycanın turizm imkanları genişdir. Bu sahənin dinamik inkişafı-deyə bilərəm ki, göz önündədir.Ali təhsil müəssisəsi kimi başlıca vəzifəmiz müasir tələblər əsasında təhsilin, tədrisin, təcrübənin təşkilinə, o cümlədən tədqiqat, layihə və təlimlərin keyfiyyətlə başa çatdırılmasına, xarici əlaqələr konteksində nüfuzlu universitetlərlə tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə nail olmaqdan ibarətdir.

Rektor C.Cəfərov universitetin strateji planları haqqında səfirə məlumat verib. İkitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunarkən ATMU tələbələrinin Yunanıstandakı nüfuzlu otellərdə istehsalat təcrübəsi keçmələri üçün yenə də imkan yaradılacağına əminliyini bildirib.
Görüşün sonunda Yunanıstan Respublikasının ölkəmizdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsoungas səmimi keçən görüş və ali təhsil ocağı ilə bağlı detallı məlumat üçün rektor C.Cəfərova təşəkkür edib. Ölkə ali məktəbləri arasında yeniliklərə imza atan universitetin fəaliyyətinə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə