Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfiri Xuan Rodriqo Labardini Flores və Latviya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Yuris Maklakovsu qəbul edib. SİA-nın məlumatına görə, görüş zamanı ölkələr arasında ikitərəfli əməkdaşlıq, mədəniyyət və turizm sahələrində birgə layihələrin reallaşdırılması, qanunvericilik bazasının möhkəmləndirilməsi, əməkdaşlığa dair fəaliyyət proqramlarının həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, mədəniyyət və turizm sahəsində birgə mübadilələrin təşkili ilə əlaqədar təkliflərin qısa müddətdə qarşılıqlı olaraq təqdim olunması razılığına gəlindi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB