Regional səyyar seminarlar keçirilib FOTO

Regional səyyar seminarlar keçirilib FOTO

Azərbaycan qeyri-maddi mədəni irs sahəsinin qorunması, dəstəklənməsi, əhalinin asudə vaxtının mədəni təşkili üçün, o cümlədən onun infrastrukturunu təşkil edən klub müəssisələrinin fəaliyyətinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şəhər (Rayon) Mədəniyyət Mərkəzləri yaradılıb, hazırda Mədəniyyət Mərkəzlərinin fəaliyyətlərinin təşkili istiqamətində iş aparılır. SİA-nın məlumatına görə, görülən işlərin davamı olaraq bu sahədə aparılan islahatların operativ və səmərəli təşkili məqsədilə Bərdə rayon Mərkəzi Uşaq Kitabxanasında Zərdab, Ucar, Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, Laçın rayonlarının, İsmayıllı rayon Mədəniyyət Mərkəzində isə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı rayonlarının Mədəniyyət Mərkəzlərinin direktorları və metodistləri, o cümlədən aparıcı filialların (mədəniyyət, folklor, sənətkarlıq və s. evləri və klublar) rəhbərləri üçün səyyar seminarlar təşkil edilib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli və həmin sektorun aparıcı məsləhətçisi Vüqar Məmmədov tərəfindən keçirilmiş regional səyyar seminarlarda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 27.12.2012-ci il tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin Nümunəvi Əsasnaməsinin tətbiqi və islahatlara dair digər mövzular barədə ətraflı məlumat vermiş, seminar iştirakçılarını maraqlandıran məsələlər izah edilmiş, yaranan suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə