Əbülfəs Qarayev Aleksey Pimanovu qəbul edib

Əbülfəs Qarayev Aleksey Pimanovu qəbul edib

Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev "İnsan və Qanun" verilişinin aparıcısı, rejissor, prodüser Aleksey Pimanovu qəbul edib. SİA-nın məlumatına görə, görüşdə nazir Azərbaycan kinosunun son illərdə böyük inkişafa nail olduğunu bildirib. Bu müddət ərzində kino sahəsinə maraq əvvəlki illərə nisbətən daha geniş auditoriya qazandığını bildirib.

Daha sonra qeyd olunub ki, Azərbaycanda film, serial, sənədli filmlər çəkilməkdədir. Həmçinin Azərbaycanda keçirilən Rusiya filmləri həftəsinin əsas məqsədinin iki ölkə arasında kino sahəsində əlaqələrin inkişaf etdiyi vurğulanmışdır.

Rusiyalı qonaq Aleksey Pimanov öz növbəsində Azərbaycanda olduğundan məmnunluğunu bildirib. Bu cür mədəni tədbirlərin keçirilməsinin iki ölkə arasında mədəni əməkdaşlığa müsbət təsir göstərdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə