Turizm şirkətlərinin sayı 285-ə çatıb

Turizm şirkətlərinin sayı 285-ə çatıb

Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.11.2002-ci il tarixli, 174 nömrəli və 05.12.2008-ci il tarixli, 271 nömrəli "Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" Qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin sentyabr ayı ərzində aşağıda adları göstərilən şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib:

1. "Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Allahyar Nəsibov küçəsi, ev 1A; 08.09.2015-ci il tarixli, qeydiyyat nömrəsi 499, seriya №-si 086146 );

2. "Falcon Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 16; 09.09.2015-ci il tarixli, qeydiyyat nömrəsi 500, seriya №-si 086147 );

3. "Level Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 56, mənzil 36; 10.09.2015-ci il tarixli, qeydiyyat nömrəsi 501, seriya №-si 086148);

4."Onset" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, ev 19/21; 11.09.2015-ci il tarixli, qeydiyyat nömrəsi 502, seriya №-si 086149);

5."Xəzər" firmasına (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., ev 36 ; 29.09.2015-ci il tarixli, qeydiyyat nömrəsi 503, seriya №-si 086150);

6."Rİİ Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 14, mənzil 22; 30.09.2015-ci il tarixli, qeydiyyat nömrəsi 504, seriya №-si 086151).

Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 285-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə