Azərbaycan və Fransa arasında turizm təhsili müzakirə olunub FOTO
29 sentyabr - 02 oktyabr 2015-ci il tarixlərində Fransanın Paris şəhərində keçirilən "Top Resa 2015" beynəlxalq turizm sərgisi çərçivəsində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov və "EM Strasbourg" Biznes Məktəbinin magistratura şöbəsinin müdiri professor Herbert Kosterau arasında görüş keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə turizm sahəsində çalışan müəllim heyətlərinin mübadiləsi və elmi araşdırmaların aparılması, 2016-2017 tədris illərində fransız və ingilis dilli tələbələrin mübadiləsi və onların təqaüd almaq imkanları, eləcə də diplomların qarşılıqlı tanınması məsələsi olub.
Həmçinin "Escaet " Biznes Məktəbinin baş direktoru Marie Allantaz ilə keçirilən görüş zamanı qeyd olunan məktəbdə bakalavr və MBA təhsil ala biləcək azərbaycanlı tələbələr üçün təqaüdlərin ayrılması məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sorbon Universitetinin Turizm üzrə Ali təhsil və Tədqiqatlar İnstitutunun (İREST) direktoru, UNESCO-nun Turizm, mədəniyyət və inkişaf kafedrasının və UNITWIN-UNESCO şəbəkəsinin əlaqələndiricisi Maria Gravari-Barbas ilə keçirilən görüş zamanı müəllimlərin və tələbələrin mübadiləsi, ikili diplomların verilməsi, turizm sənayesi nümayəndələri üçün 4 aylıq kurslarda iştirak məsələləri üzrə danışıqlar aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB