1995-ci ildən Ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olduğu 18 sentyabr hər il Milli Musiqi Günü kimi qeyd olunur. SİA-nın məlumatına görə, Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi və Milli Musiqi Günü münasibətilə S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində "Sənsiz olmadıq" adlı ədəbi- bədii gecə keçirilib. Gecə ölməz bəstəkarın "Sənsiz" romansı ilə başlayıb. Tədbir zamanı dahi bəstəkarın əsrlər keçməsinə baxmayaraq günümüzlə səsləşən əsərlərindən- "Leyli və Məcnun" operasından, "Ər və arvad" liberettosundan, "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyalarından parçalar göstərilib, mahnılar səsləndirilib. S.Vurğun adına Qax Rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən İ.Dağıstanlı adına Xalq Teatrının həvəskar aktyoprları tərəfindən təqdim olunan səhnələr tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, sonda dahi bəstəkara həsr olunmuş video-çarx göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB