27-29 may tarixində Xorvatiyanın Rovinj şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının 100-cü sessiyası keçiriləcək. SİA-nın verdiyi məlumata görə, sessiyada iştirak etmək üçün Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyanın Rovinj şəhərində səfərdədir.
İclas zamanı BMÜTT-nin Baş Katibinin beynəlxalq turizmdə mövcud vəziyyət, gələcək meyllər, təşkilatın maliyyə durumu, 2014-2015-ci illər üçün fəaliyyət proqramının icrası və s. məsələlərlə bağlı məruzəsi dinləniləcək.
"Turizmdə innovasiya: mövsümiliyə üstün gəlməyin yeni yolları" mövzusunda keçiriləcək budəfəki sessiya zamanı müzakirə olunacaq əsas məsələlərdən biri də 2016-2017-ci illərdə Dünya Turizm Gününün mövzuları və keçiriləcəyi yerin müəyyən olunmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB