Mayın 25-də Azərbaycan Xalça Muzeyində şəhər (rayon) mədəniyyət mərkəzlərinin direktorları və ya bu vəzifəni icra edən şəxslər üçün treninq-seminar keçiriləcək. SİA-nın verdiyi məlumata görə, treninq-seminar bu sahədə aparılan islahatların operativ və səmərəli təşkili, mədəniyyətin idarəolunması istiqamətində görülən işlərin sürətləndirilməsi, habelə mədəniyyət mərkəzlərinin Nümunəvi Əsasnaməsindən, məlumat, davamiyyət və qeydiyyat kitablarının tərtibi qaydalarından irəli gələn məsələlərin həyata keçirilməsi məqsədilə təşkil ediləcək.
Treninq-seminarda Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin nümayəndələrinin və ölkəmizin 54 rayonundan şəhər (rayon) mədəniyyət mərkəzlərinin direktorları və ya bu vəzifəni icra edən şəxslərin iştirakı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB