Mədəniyyət və Turizm Nazirliyi mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə onların təsnifatını aparır. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, aprel ayında Bakı şəhərində fəaliyyət göstərən "Holiday İnn Baku", "New Baku Hotel", "Boulvard side" mehmanxanalarına 4, "Du Port"a 3, "Alstadt"a isə 2 ulduz dərəcə sertifikatları verilib.
Beləliklə, respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 79-a çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB