"Aşk sana benzer" filminin qala gecəsi baş tutdu FOTOLAR

"Aşk sana benzer" filminin qala gecəsi baş tutdu FOTOLAR

Bu gün Nizami Kino Mərkəzində "Aşk sana benzer" filminin qala gecəsi baş tutub. SİA-nın verdiyi məlumata görə, gecədə filmin baş rol ifaçıları Burak Özçivit, Fahriyye Evcen, Selim Bayraktar və filmin yaradıcı heyəti iştirak edib.

Burak Özçivit, Fahriyye Evcen və Selim Bayraktar jurnalistlərə açıqlamalarında Bakıda olduqları üçün özlərini çox xoşbəxt hiss etdiklərini diqqətə çatdırıblar.

Aktyor Burak Özçivit isə Fəxriyyə və Səlimlə əvvəl də eyni layihədə iştirak etdiklərini söyləyib.
Daha sonra qonaqlar tamaşaçılarla birgə sözügedən filmi izləyiblər.
Qeyd edək ki, filmin prodüseri aktyor Burak Özçivitin özü, rejissoru isə Tanər Elxandır.

Bütün xəbərlər Facebook səhifəmizdə