Pirallahı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə V.Mustafazadə adına Mədəniyyət Mərkəzi Uşaq Əyləncə Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə iştirak edən Pirallahı rayon İcra Hakimiyyətinin başçısının müavini Vəzir Səfixanov bayram münasibətilə Pirallahı sakinlərini təbrik edib.
Şənlikdə V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivləri, 29 saylı Uşaq Yaradıcılıq Mərkəzinin üzvləri, 186, 231, 243 saylı tam orta məktəblərinin şagirdləri çıxış ediblər.
Qeyd edək ki, daha sonra tədbirə Şaxta baba, Qar qız, məşhur gözbağlayıcı Tofiq İsgəndərli və onun məzhəkəçi dostlarının gəlişi uşaqların sevincinə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB