Salyanın 2800 illiyi münasibətilə kitab işıq üzü görüb FOTO

Salyanın 2800 illiyi münasibətilə kitab işıq üzü görüb FOTO

Salyanın 2800 illiyi münasibətilə Ramil Qasımovun "Ana Kürün laylasında" adlı kitabı işıq üzü görüb. Kitabın redaktoru Məhəmməd Nərimanoğlu, dizayneri Fərid Cavanşirdir.

Bu haqda SİA-ya Ramil Qasımov söyləyib. Bildirib ki, topluda rayonun bugünkü inkişafı, yeni müəssisələrin açılışı və rayonun tarixi öz əksini tapıb: "Dövlət başçısının Salyan şəhərinin 2800 illiyinin keçirilməsi barədə sərəncamı mənə bir yaradıcı insan kimi böyük sevinc hissi verdi. Salyanın tanınmış simalarını bu kitaba toplayıb "Ana Kürün laylasında" adlı kitabı yazmağa başladım".

Bütün xəbərlər Facebook səhifəmizdə