Azərbaycan İtaliyanın Sambuka şəhərində keçirilən Beynəlxalq folklor festivalında təmsil olunub. SİA-nın verdiyi məlumata görə, "Erasmus plus" proqramı və "Art Act Together 2" layihəsi çərçivəsində həyata keçirilən festivalda müxtəlif mədəniyyətlərin nümayəndələri bir araya gələrək ölkələrinin adət və ənənələrini, incəsənətini tanıtmaq imkanı əldə ediblər.
Tədbirdə Azərbaycan ilə yanaşı Belarus, Bolqarıstan, İtaliya, İspaniya və Macarıstandan nümayəndələr də təmsil olunublar.
Festival çərçivəsində "Azərbaycan günü" keçirilib.
Qeyd edək ki, tədbirdə milli rəqslərimiz, musiqimiz nümayiş olunub, mətbəximizin özünəməxsus təamları böyük maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB