1433 - italyan filosofu Marsilio Fiçino anadan olub.
1448 - Osmanlı sultanı II Murad Kosova diyarını imperiya ərazisinə qatıb.
1745 - ingilis yazıçı Conatan Svift vəfat edib.
1781 - Amerika İstiqlal Müharibəsi ingilislərin Corc Vaşinqtona təslim olmaları ilə sona yetmişdir.
1812 - Napoleon Moskvanı tərk etmişdir.
1862 - kinonun yaradıcısı Oqüst Lümyer anadan olub.
1867 - Çar Rusiyası Alyaskanı Amerikaya sataraq yarımadadan imtina etmişdir.
1872 - Dünyanın ən böyük qızıl külçəsi (215 kiloqram) Avstraliyada - Neu Sot Velz (New South Wales)də tapılmışdır.
1875 - Mendeleyev ilk aerostatın ideyasını vermişdir.
1910 - azərbaycanlı kinorejissor Hüseyn Seyidzadə anadan olub.
1931 - ingilis yazıçısı Con Le Karre anadan olub.
1934 - Mübadilə Komissiyası öz vəzifəsini sona yetirmişdir. Anadolu və Trakya rumları ilə Yunanıstan müsəlmanlarının mübadiləsinə nəzarət edən komissiya 7 oktyabr 1923-cü ildə qurulmuşdur.
1925 - İtaliya Somalinin işğalını başa çatdırmışdır.
1944 - Amerika ordusu yaponları Filippindən qovmuşdur.
1946 - azərbaycanlı rejissor Süleyman Əhmədov anadan olub.
1951 - Böyük Britaniya ordusu Süveyş kanalını ələ keçirib.
1952 - meksikalı aktrisa Veronika Kastro anadan olub.
1956 - SSRİ və Yaponiya birgə deklarasiya qəbul etmişlər. Bu deklarasiyada müharibənin qurtarması və iki ölkə arasında diplomatik əlaqələrin qurulması nəzərdə tutulmuşdur.
1960 - ABŞ Kubaya qarşı embarqo tətbiq etmişdir.
1962 - İlk Ceyms Bond filmi "Dr. No" ekranlara çıxmışdır.
1972 - azərbaycanlı müğənni, xalq artisti Fatma Muxtarova vəfat edib.
1987 - Qara Bazar günü - Birja böhranı.
1993 - Benazir Bhutto Pakistanın baş naziri olub.
2004 - Moskvada ikinci ümumrusiya azərbaycanlıları konqresi keçirilib.
2005 - Bağdadda keçmiş diktator Səddam Hüseynin məhkəmə prosesi başlanıb.
2006 - Pan Gi Mun BMT-nin baş katibi seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB