Muzeylərə giriş pulsuz olacaq

"Avropa irs günləri" çərçivəsində "İçərişəhər" DövlətTarix-Memarlıq Qoruğu İdarəsi muzeylərə açıq qapı elan edir. SİA-nın xəbərinə görə, 10-17 oktyabr tarixlərində "Avropa İrs Günləri" layihəsi çərçivəsində ölkəmizdə bir sıra tədbirlər keçiriləcək. Hər il Avropa Şurası və Avropa İttifaqına üzv ölkələrdə maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri, rəsmi açılışlar və etnoqrafik şənliklər formasında qeyd edilən layihənin məqsədi tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" DövlətTarix-Memarlıq Qoruğu İdarəsi də bu tədbirlərdə fəal iştirak edir. "Avropa İrs Günləri" çərçivəsində 11-12 oktyabr tarixlərində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən muzeylərdə (Qız Qalası, "Şirvanşahlar Sarayı" Kompleksi, Sıratağlı dini-memarlıq kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, "Qala"Arxeoloji-Etnoqrafik Muzey Kompleksi) açıq qapı elan olunacaq və həmin muzeylərə giriş pulsuz olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə