Sentyabrın 30-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası özünün Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Beynəlxalq Uşaq Kitabı Şurasının 34-cü konqresində iştirakı ilə əlaqədar "İBBY-də ilk addımlarımız" adlı "dəyirmi masa" keçirəcək. SİA-nın verdiyi xəbərə görə, tədbirin əsas məqsədi uşaq ədəbiyyatı sahəsində çalışanları Beynəlxalq Uşaq Ədəbiyyatı Şurasının konqres materialları ilə tanış etmək, onları müasir dünya uşaq ədəbiyyatında üstün olan meyarlarla bağlı maarifləndirməkdir. "Dəyirmi masa"da Mədəniyyət və Turizm Nazirliyinin, kitabxana əməkdaşlarının, uşaq yazıçı və şairlərinin, tədqiqatçıların, uşaq rəssamlarının və naşirlərin iştirakı nəzərdə tutulub.
Tədbirdə "İBBY-nin Azərbaycan bölməsi" foto slaydları, dünya uşaq ədəbiyyatı nümunələri əsasında geniş sərgi nümayiş olunacaq. İBBY tərəfindən yazıçılarımıza verilmiş sertifikat və diplomlar təqdim ediləcək. Çıxışlardan sonra müasir uşaq ədəbiyyatının inkişafı istiqamətində təkliflər qəbul olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB