“Meri Mak Brayd” qrupu Xaçmazda konsert verdi

“Meri Mak Brayd” qrupu Xaçmazda konsert verdi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) məşhur "Meri Mak Brayd" qrupu Xaçmazda konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, konsert proqramının məqsədi amerikalılar və azərbaycanlılar arasında mədəniyyətlərarası anlaşmanı və dostluğu təbliğ etməkdir. Xaçmaz şəhərindəki Fəvvarələr bağında təşkil olunmuş konsert rayon sakinləri, xüsusilə gənclər tərəfindən maraqla qarşılanıb. Qrup ən çox sevilən mahnılarını ifa edib.

Qeyd edək ki, "Meri Mak Brayd" qrupu Xaçmazdan sonra, Qusar, Quba, Bakı, Salyan, Lənkəran və Naxçıvanda konsert verməyi planlaşdırır. Qrup həmçinin yerli musiqiçilər üçün ustad dərsləri də təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə