Bakıda ilk dəfə olaraq, Azərbaycan, Rusiya, Gürcüstan, Tatarıstan və başqa dövlətlərin tanınmış komandalarının iştirakı ilə "Bakı tətilləri" adlı Beynəlxalq ŞHK yay festivalı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, festival çərçivəsində Azərbaycan Regional ŞHK Liqasının yarımfinal görüşləri keçiriləcək. Tədbir iştirakçılarını və qonaqları maraqlı intellektual oyunlar, idman yarışları, musiqili gecələr, Xəzər sahilində romantik istirahət gözləyir. Yarımfinal çərçivəsində qala-konsertin aparıcısı Aleksandr Maslyakov (oğul), Liqanın baş redaktoru Dmitri Kolçindir.
Festivalda Azərbaycanı ölkəmizin çoxsaylı titullara sahib olan "Sbornaya Baku" komandası təmsil edəcək. Tədbirdə ölkəmizin müxtəlif ali məktəblərinin gənclərdən ibarət komandaları da iştirak edəcəklər.
Qeyd edək ki, festival 28 avqust-2 sentyabr tarixində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB