Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Sərəncamda 2014-cü ildə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq yazıçısı Qılman İlkinin (Qılman İsabala oğlu Musayevin) anadan olmasının 100 illiyinin tamam olduğu bildirilir.
Diqqətə çatdırılır ki, Qılman İlkin ədəbiyyat tarixində özünəməxsus mövqeyə malik sənətkarlardan biri kimi uzun illər ərzində çoxcəhətli səmərəli fəaliyyət göstərmiş və zəngin Azərbaycan nəsrinin realist ənənələri zəminində yaratdığı qiymətli əsərləri ilə milli mədəniyyətin inkişafına töhfələr verib.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB