Xəbər verdiyimiz ki, Dövlət Gənc Tamaşaçılar Teatrı 86-cı tamaşa mövsümünə Xaçmaz şəhərində M.F.Axundzadənin "Hekayəti xırs quldurbasan" tamaşası ilə başa vuracaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, eyni zamanda teatrda 86-ci mövsümün son tamaşasının hazırlıq prosesi də başa çatmaq üzrədir. Məşqlərinə may ayının sonlarından start verilən "Qoğalın nağılı"na iyul ayının 16-da ictimai baxışı keçiriləcək. Pərvin Nurəliyevanın səhnələşdirdiyi eyniadlı pyes əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır.
Nəzərinizə çatdıraq ki, tamaşada Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Roza İbadova, Anar Seyfullayev, Araz Pirimov, Ramil Məmmədov, Müşfiq Əliyev, Eşqin Quliyev əsas rolları canlandıracaqlar.
Qeyd edək ki, teatrın yeni – 87-ci mövsümünün ilk yeni tamaşaı da məhz "Qoğalın nağılı" olacaq. Yeni tamaşanın premyerası oktyabr ayının 11-i və 12-də saat 12:00-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB