Qusçular Praqada yenə də səlibçilərlə döyüşəcək

Qusçular Praqada yenə də səlibçilərlə döyüşəcək

Qusçuların 1420-ci il iyulun 14-də Praqanın Vitkov təpəsində baş vermiş həlledici döyüşlərindən biri zəmanəmizdə ikinci dəfə canlandırılacaqdır.

Müqəddəs Roma İmperiyasının imperatoru, Lüksemburqlar sülaləsindən Çexiya kralı I Sigizmundun başçılığı ilə səlibçilər iyulun 12-də Jijkov rayonundakı yüksəkliyi ələ keçirməyə cəhd göstərəcəklər. Qusçular Yan Jijkanın başçılığı altında onları məğlub edəcəklər.

Hərbi-tarixi klubların üzvləri tərəfindən hazırlanmış, azı 100 döyüşçünün iştirak edəcəyi tədbir əlavə proqramla birlikdə saat 10.00-dan 22.00-dək davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə