Gülüstan Əliyeva ilk dəfə Əsli rolunda

Gülüstan Əliyeva ilk dəfə Əsli rolunda

İyunun 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operasının növbəti tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, uzun illərdən bəri repertuarda olmayan "Əsli və Kərəm" 2013-cü ildə teatrda yeni quruluşda səhnəyə qoyulmuş və çox böyük maraqla qarşılanıb.

Bu dəfə nümayiş olunacaq tamaşada ilk dəfə Əsli partiyasını teatrın solisti, Əməkdar Artist Gülüstan Əliyeva ifa edəcək. Onun tərəf müqabili teatrın gənc solisti Elnur Zeynalovdur. O, Kərəm rolunu oynayacaq.

Tamaşada əsas rolları xalq artisti Şahlar Quliyev (Keşiş), əməkdar artistlər Sabir Əliyev (Şah), Nizami Bağırov (Paşa) və başqaları canlandıracaq.

Qeyd edək ki, səhnə əsərini Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə