Bakıya "X adamlar" gələcək

Park Cinema kinoteatrlar şəbəkəsi 22 mayda yerli kinomanların ən çox gözlədiyi filmlərdən biri olan "X adamlar: Gələcəyin keçmiş günləri" dünya premyerasına yığışaçacaq. Bu haqda SİA-ya Park Cinema kinoteatrlar şəbəkəsinin müdüri Namiq Quliyev xəbər verib.

O bildirib ki, adıçəkilən ekran işi Marvel Comics personajları haqqında yeddinci və rejissor Brayan Singerin çəkdiyi üçüncü filmdir: "Ssenari 1981-ci ilin Kris Klermont və Con Birnin məşhur "Days of Future Past" komiksinə əsaslanır. Blokbaster eyni zamanda 3 filmin sikvelidir. "X adamlar: Sonuncu döyüş", "Rosomaxa: Ölməz" və "X adamlar: Birinci Klass".

Namiq Quliyevin sözlərinə görə, filmin süjetində indiki və gələcək zamanın mübarizəsi görünür: "Gələcəkdə azadlıqdan məhrum olmuş mutantlar üçün düşərgə, indiki zamanda isə Mistik başda olmaqla qəzəbli mutantların Qardaşlığı ilə dayanmayan qarşıdurma, keçmişdə isə-mutantları təcrid edə biləcək keşikçılərin hökmranlığının qarşısını almaq imkanı. Üstəlik zamanda səyahət etmək bacarığı sayəsində gələcəkdə yaşayan Kitti Prayd indiki mutantlara onları nə gözlədiyindən xəbədarlıq edir. Lakin bu kifayət deyil, çünki gələcəkdən indiyə həmçinin pis qüvvələri də gəlib."

Namiq Quliyev əmindir ki, Cennifer Lourens və Hyu Cekmanın mükəmməl oyunu ilə kinomanları 140 dəqiqə maraqlı süjet gözləyir: "Park Cinema öz ənənələrinə sadiq qalır. Dünya premyerasından öncə film jurnalistlərə göstəriləcək. Məhz onlar aktyorların oyununa və rejissorun istedadına birinci qiymət verəcəklər".

Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə