Lionda keçirilən mədəniyyət festivalında Azərbaycan ilk dəfə təmsil olunub
Azərbaycan barəsində həqiqətləri və zəngin mədəni dəyərlərini fransızlara çatdırmaq istiqamətində müxtəlif layihələri həyata keçirən Parisdəki " Azərbaycan evi "nin təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Lion Mədəniyyət Asossasiyasının təşəbbüsü ilə hər il Lionda keçirilən ənənəvi Mədəniyyət Festivalında ölkəmiz ilk dəfə təmsil olunub.
Festivaldakı Azərbaycan guşəsində ölkəmizin tarixindən, zəngin mədəniyyətindən, incəsənət nümunələrindən, mətbəxindən və turizm potensialı imkanlarından bəhs edən çoxlu sayda kitablar, broşürlar və digər əyani vasitələr nümayiş etdirilib.
Sərgi iştirakçıları Azərbaycan guşəsinə xüsusi maraq göstərib, ölkəmiz barədə onları maraqlandıran suallara ətraflı məlumat verilib.
Lionun ali təhsil məktəblərində təhsil alan azərbaycanlı tələbələr Heydər Əliyev Fondu tərəfindən buraxılan musiqi disklərini, Azərbaycanın orta əsr miniatürlərini əks etdirən poçt kartlarını iştirakçılara paylayıb.
May ayının 13-dək davam edəcək festivalda yüz mindən artıq tamaşaçının iştirak edəcəyi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB